10:43
(077) 610-22-33

Erməni cəlladlığının son həddi

  • >
286 23 May 2013 15:21 | Cəmiyyət

Xocalı soyqırımının iştirakçısı 12 uşağına keçmiş döyüş yoldaşlarının adını verdi



Azərbaycan torpaqlarının işğalı və Xocalı soyqırımının törədilməsində xüsusi iştirakı olan "Arabo"nun keçmiş döyüşçüsü, 2-ci qrup əlil Qaqik Ovannisyan azərbaycanlılara qarşı düşmənçiliyini biruzə verməyin "xüsusi" yolunu tapıb. O, "Arabo"da özü ilə bərabər torpaqlarımızın işğal edilməsi və dinc sakinlərə qarşı soyqırımın həyata keçirilməsində iştirak zamanı öldürülən 12 erməninin xatirəsinə 12 uşaq atası olub.

Q. Ovannisyan Azərbaycan əsgərləri tərəfindən döyüş bölgəsində öldürülən 12 dostunun şərəfinə 12 oğul atası olmaq istəyib. Mayın 20-də isə onun arvadı artıq 12-ci övladını dünyaya gətirib. Ancaq "Arabo" üzvünün istədiyinin əksinə olaraq onun 12 oğlu yox, 7 oğlu və 5 qızı var.
Ancaq Ovannisyan qızlarının da adını Xocalı soyqırımında iştirak edən və daha sonra döyüşdə öldürülən ermənilərin adları ilə adlandırıb.

"Döyüş dostları"na minnətdarlığını bildirən Ovannisyan 12 uşağa baxmaq üçün dövlətdən heç bir kömək almadığından da şikayətlənib. Onun sözlərinə görə, uşaqları hazırda tikintidə işləyir, çünki onlara ali təhsil vermək imkanı olmayıb.

Məlumat üçün bildirək ki, "Arabo" batalyonu Suriya və Livandan gətirilmiş muzdlulardan təşkil olunub. Erməni terror təşkilatı olan ASALA-nın düşərgələrində döyüş hazırlığı keçmiş 200-dən çox ermənini birləşdirib.

1991-ci ildən döyüşlərdə iştirak edən batalyonun adı əsrin ötən əsrdə türklərə qarşı terror aksiyaları törətmək məqsədilə yaradılan dəstənin adından götürülüb. "Arabo" batalyonu 1992-ci ilin fevralında Xocavənd rayonunun Qaradağlı kəndində törədilən, 117 nəfəri öldürüldüyü, 119 nəfərin əsir götürüldüyü soyqırımın iştirakçısı olub.

Batalyon bundan sonra 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalıda soyqırım törədib. Öldürülmüş dinc sakinlərin, körpə, uşaq və qadınların cəsədlərini də təhqir edənlər də bu batalyonun üzvləri olub. Batalyon 1992-ci ilin iyununda Əsgəran yaxınlığında darmadağın edilib.

Erməni mənbələri batalyonun 4 min azərbaycanlı döyüşçü tərəfindən mühasirəyə alınaraq məhv edildiyini bildirsə də, sonradan internetdə yayılan video-kadrlar bu məlumatların yalan olduğunu ortaya çıxarıb.

Məlum olub ki, erməni muzdluları "Gəncə batalyonu" kimi tanınan 150 nəfərlik könüllü birləşmə ilə döyüşdə məhv edilib. Döyüş Ağdərə rayonunun Həsənqaya kəndi yaxınlığında baş verib.

Elnarə Əlosmanqızı
AzNews.az

Top xəbərlər
Bağla X