01:54
(077) 610-22-33

Avropa Məhkəməsi Azərbaycanla bağlı daha bir iş üzrə qərarı açıqlayacaq

  • >
298 24 May 2013 14:10 | Cəmiyyət

Mayın 30-da Avropa İnsan Haqları Məhkəməsi Azərbaycana dair növbəti qərarını açıqlayacaq.

APA-nın məlumatına görə, məhkəmə 1935-ci il təvəllüdlü, Siyəzən rayon sakini Əhmədşah Zeynalovun ədalətsiz mühakimə iddiası ilə bağlı müraciətinə dair qərar çıxaracaq.

Əhmədşah Zeynalov 2004-cü ilin dekabrında özünə məxsus olmayan torpaq sahəsində əkin işləri apardığı üçün cəriməyə məhkum edilib. Ali Məhkəmə 2006-cı ilin oktyabrında bu qərarı qüvvədə saxlayıb. İddia tərəfi hesab edir ki, yekun qərar qəbul etmiş Ali Məhkəmənin hakimlərindən biri bundan əvvəl kassasiya şikayətinin araşdırıldığı məhkəmə iclasına sədrlik edib, bu səbəbdən çıxarılan qərarın ədalətli olduğuna şübhə var.

AzNews.az
Bağla X