08:40
(077) 610-22-33

Zakir Qaralov Qubaya gedəcək

  • >
402 29 May 2013 08:03 | Cəmiyyət

Zakir Qaralov Qubada vətəndaşları qəbul edəcək




Azərbaycanın baş prokuroru Zakir Qaralov tərəfindən cari il iyunun 7-də saat 11:00-da Quba rayon prokurorluğunun inzibati binasında Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarında yaşayan vətəndaşların qəbulu keçiriləcək.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Quba rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və contact@prosecutor.gov.az, elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

AzNews.az
Bağla X