09:01
(077) 610-22-33

Meri “mafiya vəkili” müdafiə edəcək

  • >
195 3 İyun 2013 08:38 | Cəmiyyət

Mahaçqala meri Səid Əmirovun işiylə bağlı son yeniliklər



Məlum olduğu kimi, Moskva məhkəməsi Mahaçqalanın meri Səid Əmirov barəsində həbs qətiimkan tədbiri seçib. Qərar avqustun 1-dən qüvvədə olacaq.

Rusiya mətbuatının məlumatına görə, mer bir cinayətlərdə, o cümlədən qətldə ittiham edilir. Məhkəməyə gətirilən mer isə bütün bunların ona qarşı hazırlanmış plan olduğunu və heç kəsi öldürtmədiyini bildirib. Əmirova qarşı rəsmi ittiham 10 gün ərizndə irəli sürüləcək. Merlə bərabər 10-a yaxın şəxs də həbs edilib.

Qeyd edək ki, Səid Əmirov Mahaçqaladakı evində həbs edilib. Onun həbsini xüsusi təyinatlılar həyata keçirib. Mer də daxil olmaqla çox sayda şəxs narkotik ticarəti, müstəntiq bə prokurorların öldürülməsində ittiham edilirlər. Səid Əmirovun həbsinə hazırlıq çoxdan aparılsa da Mahaçqalada həbs edilən silahlı dəstənin başçısı Quçuçalıyevin ona qarşı ifadəsi həbsi daha da tezləşdirib.

Merin hüquqlarının müdafiəsi ilə vəkil Mark Kruter məşğul olacaq. Bu vəkil kriminal avtoritet, Ded Xasanın yaxın adamlarından biri hesab edilən və Rövşən Lənkəranskinin tapşırığına əsasən öldürüldüyü güman edilən "Yaponçik" ləqəblu Vyaşeslav İvankovun da vəkili olub.

Elnarə
AzNews.az

Bağla X