19:03
(077) 610-22-33

Anar Şərif Ağayarı AYB-dən qovdu - EKSKLÜZİV

  • >
405 4 İyun 2013 13:07 | Cəmiyyət

Fikrət Qoca ilə bağlı ittihamlar cavabsız qalmadı



Yazıçılar arasında yeni qalmaqal daha bir nəfərin Yazıçılar Birliyindən qovulması ilə nəticələnib. AZNEWS.AZ xəbər verir ki, bu dəfə AYB sədrinin qəzəbinə tuş gələn Şərif Ağayar olub. O, AYB-nin birinci katibi Fikrət Qoca ilə bağlı verdiyi açıqlamanın qurbanı olub.

Qeyd edək ki, Ş.Ağayar bir neçə gün əvvəl AzNews.az-a açıqlamasında F. Qocaya qarşı sərt ittihamlar səsləndirmişdi: "Fikrət Qoca hələ ölməyib? Mən elə bildirdim o çoxdan ölüb. Çox sevinərəm ki, AYB-nn gördüyü yarıtmaz işlərinin hamısını Fikrət Qoca görmüş olsun, başqaları gözümüzdən düşməsin. O deyir ki, AYB-nin problemlərini həll edir. Hə, düz deyir. Yazıçılara verilən evdən biznesmen oğluna evi ola-ola təzədən bir ev də Fikrət Qoca verib. Oğlu da açıqlama verib ki, sağ olsunlar, amma mənim bu evə ehtiyacım yox idi. Fikrət Qoca oturduğu kresloda işləri belə həll edir. Əgər həqiqətən də ölməyibsə, bir gün ondan vaxtı ilə Azərbaycan Yazıçılar Birliyinin balansında olan və sonralar varlı,pullu şirkətlərə, təşkilatlara satılan obyektlərinin sayını soruşacaqlar. Gözdən pərdə asmasın, ayıbdır. Qoca kişidir, gedib tövbə edib, namaz qılsın".

Bu açıqlama Yazıçılar Birliyinin katibliyinin bu gün keçirilən iclasında müzakirə edilib. AYB-nin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlunun verdiyi məlumata görə, Şərif Ağayar AYB-nin üzvlüyündən xaric edilib.

Bahar Rüstəmli
AzNews.az

Bağla X