06:04
(077) 610-22-33

Körpə qətlində ittiham olunan bələdiyyə sədri danışdı

  • >
372 11 İyun 2013 21:56 | Cəmiyyət

“Mən o qədər həddimi aşmışam ki...”




Masazır kənd sakini Razi Paşa oğlu Qocayev AzNews.az-a müraciət edərək Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyev və onun müavini Söhbət Məmmədovu hələ anadan olmamış körpəsinin qatili olmaqda ittiham edib: "Ailəmizə etdiyi hücum və həyat yoldaşımı döyməsi nəticəsində ana bətnindəki körpəni itirmişik".

R.Qocayevin sözlərinə görə, 2013-cü il martın 11-də baş vermiş hadisənin araşdırılması üçün rayon polis və prokurorluq orqanlarına müraciət edib. Onun sözlərinə görə, Abşeron prokurorluğunda başlayan araşdırma zamanı xəstəxanadan arayış da alınıb: "Həmin vaxt zorakılığa məruz qaldığımızı məhkəmə tibbi ekspertizası da təsdiqləyib. Ancaq heç bir nəticə yoxdur. Müstəntiq bələdiyyə sədri Siyanfər Əliyevin nüfuzundan ehtiyat edərək, işi uzatmaqla məşğuldur".

AzNews.az-ın əməkdaşı istintaqın uzanmasının səbəbi ilə maraqlanıb. Abşeron rayon prokurorunun köməkçisi Orxan Qazızadə bildirib ki, Razi Qocayevin rayon prokurorluğuna müraciəti araşdırılıb və fakt öz təsdiqini tapmadığı üçün rədd qərarı qəbul olunub.

Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyev isə AzNews.az-a açıqlamasında Razi Qocayevin ittihamları ilə razılaşmadığını deyib: "Biz onu şantaja görə tutdurmaq istəmirik. Mən o qədər həddimi aşmışam ki, sakinə hücum edəm? Axı, sakinə niyə hücum etməliyəm?".

Ruhiyyə
AzNews.az
Bağla X