09:13
(077) 610-22-33

Fuad Ələsgərovdan Avropa Parlamentinin qətnaməsinə münasibət

  • >
302 15 İyun 2013 10:10 | Cəmiyyət

“Avropa Parlamenti növbəti düşünülmüş, əsaslandırılmamış, qeyri-ciddi, öz nüfuzunu şübhə altına qoyan sənəd qəbul edib”




Bu fikirləri Azərbaycan Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov öz müsahibəsində deyib.

PA rəsmisinin fikrincə, bu addım Avropa Parlamentində anti-Azərbaycan əhval-ruhiyyəli müəyyən qrupların "yaz-yaz mövsümündə" aktivləşməsi ilə bağlıdır: "Ölkəmizə dair bundan əvvəlki böhtan xarakterli qətnamə ötən il mayın sonunda, Bakıda "Eurovision-2012" mahnı müsabiqəsi keçirilən zaman qəbul edilmişdi. Bu qətnamənin Avropa Parlamentində maraqlı qrupların gördüyü iş nəticəsində meydana çıxdığı şəksizdir. Qətnamə layihəsinin müzakirəsində iştirak və çıxış edən deputatların siyahısı ilə tanış olmaq kifayətdir. Onlar Azərbaycanla bağlı əvvəlki qətnamənin hazırlanması və qəbulunda ən aktiv iştirak edən eyni deputatlardır".

Fuad Ələsgərov Avroparlament deputatlarının müdafiə etdiyi İlqar Məmmədovun fevralın əvvəlində həbs olunduğunu xatırladıb: "Avropa Parlamentinin sessiyalarının hər ay keçirildiyini nəzərə alsaq, onda avropalı parlamentlara bu məsələyə "təcili olduğunu" anlamağa dörd ay lazım olub. Bu məsələni iclasda iştirak edən 32 deputat vacib və təxirəsalınmaz sayıb. Bu isə Avropa Parlamenti üzvlərinin 5 faizdən də azını təşkil edir. Avropa Parlamentinin 754 deputatı var. Müqayisə üçün deyək ki, əvvəllər burada baxılan məsələlərin müzakirəsində 600-dək deputat iştirak edib. Avropa Parlamentində insan haqları ilə bağlı "təcili məsələlər"in müzakirəsi prosesi yumşaq desək təəccüb doğurur. Qətnamənin müzakirəsinə, daha doğrusu əvvəlcədən hazırlanmış mətnlərin başdansovdu oxunuşu yarım saatdan az vaxt sərf olunub. Xatırladıram ki, söhbət "təxirəsalınmaz və mühüm" məsələdən gedir. Həm də haqqında qətnamə qəbul olunan ölkəyə öz nöqteyi-nəzərini təqdim etmək üçün heç bir imkan tanınmır. Bu situasiyada avropalı deputatların obyektiv və hərtərəfli yanaşması barədə danışmağa lüzum belə yoxdur. Heç bir şübhə yoxdur ki, belə tələskənlik yalnız bir faktordan irəli gəlir. Deputatlar İlqar Məmmədovun işinə hazırda Avropa İnsan haqları Məhkəməsində baxıldığını bilərək qətnamə qəbul etməyə tələsiblər. Bu qətnamə Avropa Məhkəməsinə təzyiq göstərmək cəhdindən başqa bir şey deyil".//apa//

AzNews.az

Bağla X