20:13
(077) 610-22-33

Bölgələr üzrə sonuncu buraxılış imtahanları keçirilir

  • >
567 17 İyun 2013 07:58 | Cəmiyyət

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bölgələr üzrə sonuncu buraxılış imtahanlarını keçirir.

TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, Xızı, Şamaxı, Qobustan, Mingəçevir, Şəki, Zaqatala, Balakən, Qəbələ, Qax, Oğuz, İsmayıllı, Ağsu, Şirvan, Hacqabul, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarının bütün orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilir.

Bu rayonlarla yanaşı, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəblərində, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəblərində, tədris ingilis və gürcü dillərində olan orta məktəblərdə, Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbində, Respublika Olimpiya İdman liseyində, Bakı Xoreoqrafiya məktəbində, Penitensiar xidmətin tərbiyə müəssisələrində də buraxılış imtahanları təşkil edilib. Tədris ingilis və gürcü dillərində olan orta məktəblərin buraxılış siniflərinin şagirdləri mərkəzləşdirilmiş qaydada yalnız riyaziyyat fənnindən imtahan verəcəklər və onlara test tapşırıqları müvafiq tədris dilində təqdim olunub. Həmin şagirdlər üçün imtahan müddəti 45 dəqiqədir. IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə 15:00-da başlanacaq.

İmtahanların idarə olunması üçün 155 imtahan rəhbəri ayrılıb. Orta ümumtəhsil müəssisələrinin IX siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 53 imtahan mərkəzi ayrılıb. İmtahanda 21249 nəfər IX sinif şagirdinin iştirakı nəzərdə tutulub. İmtahanın (9-cu sinif) idarə olunması üçün 1812 nəzarətçi-müəllim ayrılıb. Orta ümumtəhsil müəssisələrinin XI siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 53 imtahan mərkəzi ayrılıb. İmtahanda 15054 nəfər XI sinif şagirdinin iştirakı nəzərdə tutulub. İmtahanın (11-ci sinif) idarə edilməsi 1316 nəzarətçi-müəllim ayrılıb. Müxtəlif tipli xüsusi halları olan məktəblərdə-valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəblərində, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəblərində, tədris ingilis və gürcü dillərində olan orta məktəblərdə, Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbində, Respublika Olimpiya İdman liseyində, Bakı Xoreoqrafiya məktəbində, Penitensiar Xidmətin tərbiyə müəssisələrində keçiriləcək buraxılış imtahanlarının 9-cu siniflərində 206 şagird ümumilikdə 6 imtahan mərkəzində imtahan verəcək. Bu imtahanların idarə olunması üçün 19 nəzarətçi-müəllim ayrılıb. Həmin məktəblərin 11-ci sinfinin buraxılış imtahanlarında 363 şagirdin iştirak edəcəyi nəzərdə tutulub. İmtahan 12 binada təşkil olunacaq və imtahanın idarə olunması üçün 44 nəzarətçi müəllim ayrılıb.

AzNews.az
Bağla X