05:14
(077) 610-22-33

“Milli Şurada başqa dövlətlərə xidmət edənlər də var“

  • >
386 19 İyun 2013 09:47 | Cəmiyyət

"Azərbaycan xalqı Allah naminə birləşmədi, Vətən naminə birləşsin".

Lent.az-ın verdiyi məlumata görə, bunu bu gün keçirdiyi mətbuat konfransında "Tövbə" Cəmiyyətinin sədri Hacı Əbdül bildirib.

Hacı Əbdül hər kəsi vətən naminə birliyə çağırdığını bəyan edib: Bu gün prezident seçkiləri ilə bağlı tədbirlər keçirir, namizədlərini müəyyənləşdirirlər. Biz onların heç birinə qarşı çıxmırıq. Biz xalqına bağlı nümayəndələri birləşməyə çağırırıq. Biz "Vətən Naminə" Birliyi yaradırıq. "Vətən Naminə" Birliyi bu gündən elan olunur və bu gündən fəaliyyətə başlayır".

Hacı Əbdül Milli Şuraya da münasibət bildirib: "Milli Şurada vətənpərvər insanlar da var, eyni zamanda torpaqlarımızın işğalında rolu olan insanlar da. İnanmıram ki, qarmaqarışıq vəziyyətdə olan Milli Şura ağıllı-başlı fəaliyyət göstərsin. Orada başqa dövlətlərə xidmət edənlər də var. Milli Şuradakı vətənpərvər insanların da "Vətən Naminə" Birliyində iştirak etməsini istərdik. Bizim əsas məqsədimiz torpaqlarımızın azad edilməsinə nail olmaqdır".

Hacı Əbdül iqtidarın da, müxalifətin də siyasəti ilə razılaşmadığını bildirib: "Ancaq bu o demək deyil ki, öz namizədimizi irəli sürəcəyik. Biz iqtidarla ona görə razı deyilik ki, iqtidardakı bəzi məmurların əlindən xalq cana gəlib. Müxalifətdəki bəzi şəxslər isə bir dəfə hakimiyyətdə olub, hakimiyyətdə olan dövrdə etdikləri hərəkəti xalq indi də yaddan çıxarmayıb".

AzNews.az
Bağla X