08:47
(077) 610-22-33

“Onlara kim ixtiyar verib?”

  • >
346 24 İyun 2013 12:04 | Cəmiyyət

"Bakı Kəndlər Birliyi Hacı Əmrulla və Məşədi Vaqifin Milli Şurada birliyin ağsaqqalları kimi təmsil olunmasına etiraz edir. Biz onlara Bakı Kəndlər Birliyi adından danışmağa səlahiyyət vermirik. Onlar bu səlahiyyəti 1995-ci ildə itiriblər".

Bu sözləri AzNews.az-a açıqlamasında Bakı Kəndlər Birliyinin sədr müavini Xanlar İbrahimov deyib.

Sədr müavini deyib ki, BKB-də heç kəs adı çəkilən şəxslərə səlahiyyət verməyib ki, Bakı Kəndlər Birliyinin adından danışsın, yaxud birliyi hardasa təmsil etsinlər: "Kim onlara ixtiyar verib ki, Bakı Kəndlər Birliyinin adından harasa üzv olsunlar? Hələ özünü rəhbər kimi təqdim edib".

X.Babayevin sözlərinə görə, yaxın günlərdə birliyin konfransı keçiriləcək və bu məsələlər də konfransda müzakirəyə çıxarılıb, müəyyən qərarlar qəbul ediləcək: "Onların adı Milli Şurada hallananda biz səbr etdik, amma daha bu qədər də yox".

Bahar Rüstəmli
AzNews.az
Bağla X