06:14
(077) 610-22-33

Azərbaycanın yeyinti sənayesində təhlükə

  • >
480 2 Avqust 2012 09:34 | Cəmiyyət

6 ay ərzində 616 zəhərlənmə faktı qeydə alınıb

Azərbaycanda yeyinti sənayesində ciddi nöqsanlar var və istehsal olunan bəzi məhsullar keyfiyyətsizdir. Bunu AzNews.az-a Azad İstehlakçılar Birliyinin (AİB) eksperti Sənan Kərimov bildirib.

O, rəsmi statistikaya əsasən, bu ilin 6 ayı ərzində Azərbaycanda 616 zəhərlənmə faktı qeydə alındığını açıqlayıb. Ekspertin sözlərinə görə, zəhərlənmə faktlarının artmasına səbəb istehsal olunan məhsulların keyfiyyətinin aşağı səviyyədə olmasıdır: "Kənd təsərrüfatı sahəsində aparılan aqrotexniki tədbirlər də yarıtmaz vəziyyətdədir. Ümumiyyətlə, məhsulların keyfiyyətinin yüksək olması üçün lazımi torpaqlar eroziyaya uğrayıb. Həmçinin, Azərbaycanda yeyinti sənayesini idarə edən strukturlar ləğv edilib və fiziki-kimyəvi laboratoriyalarda analiz aparılmır.

Belə şəraitdə istehlakçı, məhsulun keyfiyyətini müəyyənləşdirə bilmir. Buna qarşı mübarizə aparmaq üçün məhsulların fiziki-kimyəvi xüsusiyyətləri müəyyənləşməlidir. Ərzağı yoxlamazdan əvvəl, müəssisəyə daxil olan xammalı yoxlamaq lazımdır. Daha sonra isə, onun saxlanma şəraiti, nəql edilməsi məsələsinə nəzarət etmək lazımdır. Hər bir xammal istehsalata göndərilən zaman onun keyfiyyətli olmasını sübut edən müşayiətedici sənədləri olmalıdır. Ərzaq təhlükəsizliyi ilə bağlı maarifləndirmə artırılmalıdır və mütəxəssislər hazırlanmalıdır".

Ekspert vurğulayıb ki, ərzaq təhlükəsizliyi məsələsində istehlakçılar da diqqətli olmalıdırlar: " Məsuliyyəti yalnız istehsalçıların üzərinə atmaq olmaz və bu vəziyyətlə mübarizə aparmaq hər bir vətəndaşın borcudur".


Sevinc Fədai

AzNews.az

Bağla X