16:02
(077) 610-22-33

Sabah 38 dərəcə isti olacaq

  • >
358 2 Avqust 2012 14:23 | Cəmiyyət

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən "AzNews.az"-a verilən məlumata görə, sabah paytaxtda şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-25, gündüz 33-38 dərəcə isti təşkil edəcək. Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti olacaq. Rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 23-28 dərəcə isti olacaq. Avqustun 3-dən 5-dək Abşeron yarımadasında zəif küləklərin üstünlüyü fonunda günorta saatlarında isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir.

İlkin

AzNews.az

Bağla X