08:40
(077) 610-22-33

Dərə bəyləri

  • >
929 1 Noyabr 2013 09:43 | Cəmiyyət

Qaf dağı qazlaşdırıldı. Qafqaz xalqları tarixin içinə daxil olalı bu Qafın Qazının əsirik. Rus ingilisin piyada gücü idi, gəldi və Qafqazları bir açarla qapılaşdırdı. Daryal və Dərbənd rus açarına möhtac qaldı.

Tiflisdə qafqazşünaslar yığılmışdı. Elm danışırdılar. Atın qabağında ət, itin qabağında ot misalı. Qaf dağının qazını verən rus metodolojisi elə bir açar vurub ki, Qafqazlara… dərə qəhrəmanlarına dönüb Dağ xalqları. Hər xalqın bir dərə tarixi var.

Dağda məskunlaşıb dərə düşüncəsi ilə yaşamaq özü bir faciə imiş. Çeçenlər "Biz xalq olaraq Nuhdan bu yana təbəqəsiz yaşayan kimlik kimi dünyada təkik", - dedilər. "Mahaçqala Dağıstan Qafqazın ana cövhəridir" - avarların tezisləri bu şərtlər içində idi. Rusiya Qafqaz mərkəzini dəyişir. Dağıstan mərkəz olur. Tiflis artıq onun deyil. Tiflis isə söz sahibliyi edirdi, konfransa. Ermənilər tezislərini göndərmişdilər, özləri isə yox idi.

Onlar Qafqaza tacir olaraq gəldilər və Qafqazın tarixinə sahib oldular. İndi Qafqazın sakinləri ilə deyil Qafqazın taleyini həll edən güclərlə bir müstəvidə olmağa can atırlar. Ərəb Qaf dağı kimi baxdı, Bizans Tavkas kimi. Türklər "Qaz dağı" dedi, dedi Əkbər Nəcəf. Hardan baxırsan bax, Dağ elə dağdır. Qafqaza dağ çəkən rusun açarları ilə isə Qafqaz dərədir. Bu dərənin bəyləri dərəbəylik sevdasından vaz keçə bilmirlər. David Qareci monastırında erməni yazısı var. Gürcülər də ermənilərə "bizim monastra sizin adamlar gələ bilməzdilər", deyirlər.

Yazı isə əksini deyir. O zaman liberalizm və tolerantlıq termin kimi əvəzolunmaz metoda dönür. Yerusəlimə həccə gedə bilməyənlər Qareciyə 3 dəfə ziyarətə gəlməli idilər ki, Həcləri qəbul olunsun.

Nədən bunu xatırladım? Bu ötən mövzulardan biri idi. Yenə də müzakirə olundu. Bizim qazımız var, onların dağı. Məncə, Qafqazın qazını biz versək, qaz dağına yenə də barış və dəyər gətirən mərkəz ola bilərik.

AzNews.az
Bağla X