04:21
(077) 610-22-33

Aynur İmranova Türkiyədə Qarabağ problemindən danışdı - Konfrans

  • >
948 4 Noyabr 2013 11:08 | Cəmiyyət

Ümid Partiyasının sabiq sədr müavini Aynur İmranova noyabrın 1-3 tarixlərində Türkiyədə mədəniyyətlər arasında dialoq konfransında iştirak edib.

Tədbirlə bağlı AzNews.az-a məlumat verən A.İmranovanın sözlərinə görə, Cənubi Qafqaz dövlətlərinin, eyni zamanda türk, kürd iştirakçılarının maraqlı müzakirələri ilə keçən konfransda o, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı olması, Cənubi Qafqaz birliyi ideyası ilə bağlı çıxış edib.

Eyni zamanda mövzu ilə bağlı türk televiziyalarında debatlar təşkil olunub. Azərbaycanın Qarabağ probleminin sərhədləri çərçivəsində, amma müharibə olmadan həllində maraqlı olduğunu bildirən A. İmranova münaqişə tərəflərinin bu bölgədə daim qonşu olacaqlarını, buna görə də ortaq sülh içində yaşamaq üçün maksimum səy göstərmələrinin vacibliyini vurğulayıb. Niderland QHT-lərinin dəstəyi ilə keçirilən tədbirdə mədəniyyətlər arası dialoq və uzun sürən müharibələrdən sonra sülh içində yaşamağın örnəyinin Avropa dövlətlərindən öyrənilməsinin vacibliyi vurğulanıb.

Bahar
AzNews.az
Bağla X