17:25
(077) 610-22-33

Aeroportda əcnəbilərə Bayraq Günü hədiyyələri verildi- FOTO

  • >
662 9 Noyabr 2013 17:20 | Cəmiyyət

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında ölkəmizə səfərə gələn və gedən xarici vətəndaşlara bayraq materiallarından hazırlanmış suvenirlər (köynək, papak, maqnit, qələm) paylanıb.

Tədbir Azərbaycan Gənclər və İdman Nazirliyi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə təşkil edib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 8-9-da təşkil edilən bu tədbir 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə "Yallı gedək - Bayrağımızı təbliğ edək" adlı layihə çərçivəsində həyata keçirilir.

Qeyd edək ki, layihə Azərbaycan Prezidenti İlham Əliyevin 7 iyul 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"nın bir sıra bəndlərinin icrasının təmin edilməsi məqsədi ilə gercəkləşdirilir.

AzNews.az
Bağla X