08:01
(077) 610-22-33

Sabir Rüstəmxanlı: “O gözü tüstü ilə bürüyüblər“

  • >
719 25 Noyabr 2013 15:22 | Cəmiyyət

"AMEA-nın prezidentinin Şamaxı rəsədxanası ilə bağlı qaldırdığı məsələ son dərəcə ağrılıdır".


Bunu Modern.az-a açıqlamasında millət vəkili Sabir Rüstəmxanlı deyib. Onun sözlərinə görə, Şamaxı rəsədxanasının elmin inkişafında müstəsna xidmətləri var.

"Şamaxı rəsədxanasını qorumaq Azərbaycanın mühüm bir elm sahəsinin inkişafı üçün yol açmağın bir yoludur. Astronomiya elmi inkişaf edir, Azərbaycan kosmik respublikadır. Ölkədə kosmosla bağlı elm sahəsinə ciddi fikir verilir. Artıq öz peykimizi buraxmışıq. Gələcəkdə bu sahə daha da inkişaf etdiriləcək. Kosmos təkcə ulduzlara raket göndərmək üçün deyil. Kosmos yeri öyrənmək üçündür".

S. Rüstəmxanlı özünün "Sunami" romanında bu məsələyə illər öncə toxunduğunu deyir. "O romanımda yazmışam ki, bu rəsədxana insanın göyə baxan gözüdür. Biz insanlar havada, bu boyda kainatda qum dənəsiyik. Ətrafımızda, dünyada nələr baş verirsə onu görməliyik. Şamaxı rəsədxanası bizim görən gözümüzdü, amma onun böyür-başına o qədər istirahət yerləri tikilib ki o gözü tüstü ilə bürüyüblər. Romanda da var ki hətta kosmos da fantastik bir şeydir. Kosmosdan gələn birisi deyir ki, baxın görün kainatda nələr baş verir. Ona görə də Akademiya prezidentin fikrini müdafiə edirəm".

Qeyd edək ki, AMEA-nın prezidenti Akif Əlizadə Şamaxı rəsədxanasının yaxınlığında tikintilərə qadağa qoyulması üçün Prezident Administrasiyasına müraciət edib.

AzNews.az
Bağla X