12:28
(077) 610-22-33

Kamal Abdulla çıxış yolu tapıb...

  • >
783 9 Avqust 2012 16:23 | Cəmiyyət

Zeynal Məmmədli: “Telejurnalistlərdən sertifikat tələb olunması, yaxşılığa doğru atılan addımdır”


BSU-nun rektoru Kamal Abdulla Azərbaycan dilinin inkişafına dair Dövlət Proqramına yeni təkliflər irəli sürüb. Və bu təklif Dövlət Proqramının icrasına dair tədbirlər planının ilkin variantına salınıb.Təklifdə bildirilir ki, televiziya aparıcıları və diktorlar Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunda təşkil olunacaq xüsusi kurslara cəlb edilsinlər və kursu bitirənlər müvafiq sertifikatla təmin olunsun.

Təklifdə həmçinin, sertifikasiyadan keçməyənlərin işlə təmin olunmayacağı irəli sürülür.Məsələyə münasibətlər media eksperti Zeynal Məmmədli bildirdi ki, bu tipli təkliflər dövlət tərəfindən maliyyələşən telekanallar üçün daha önəmlidir: "Düşünürəm ki, həmin təklif ictimaiyyətə ünvanlanan proqramların aparıcıları üçün nəzərdə tutulub. Xəbər proqramları, ictimai debatlar, diskussiyalar kimi sırf dillə bağlı olan proqram aparıcılarından sertifikatın tələb olunması müsbət bir haldır".O, həmçinin vurğuladı ki, teleradio aparıcılarının işə qəbulu zamanı önə sürülən bu məsələ, hər hansı bir dövlət qurumuna işçi qəbulu zamanı da tətbiq oluna bilər: "Qərarın necə, hansı şərtlər daxilində icra olunmasından asılı olmayaraq, çox müsbət bir addımdır. Həmçinin, deyərdim ki, aparıcılardan sertifikat tələb olunması pis vəziyyəti yaxşılığa doğru dəyişə bilən bir addımdır".

O, qeyd etdi ki, bu hal dilimizin inkişafında mühüm rol oynayacaq.


Mirvari Nəcəf

AzNews.az

Bağla X