09:01
(077) 610-22-33

Oqtay Əsədovun maaşı artırılır- 2250 AZN

  • >
352 10 Dekabr 2013 10:52 | Cəmiyyət

Azərbaycan Respublikası Milli Məclisinin sədrinin aylıq vəzifə maaşı artırılır.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanunun 21-ci maddəsinə dəyişiklik nəzərdə tutulur.

Dəyişikliyə əsasən, Milli Məclis sədrinin aylıq vəzifə maaşı 1950 manatdan 2250 manata qaldırılır. Layihə Milli Məclisin 17 dekabr tarixli plenar iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Azərbaycan Milli Məclisinin hazırkı sədri Oqtay Əsədovdur.


AzNews.az
Bağla X