05:00
(077) 610-22-33

Ət bazarlarından şok görüntülər -Fotolar

  • >
1 398 11 Avqust 2012 12:07 | Cəmiyyət

Reydlər zamanı ciddi qüsurlar ortaya çıxdı


Havaların isti keçməsilə əlaqədar əhalinin keyfiyyətli və təhlükəsiz ərzaq məhsulları ilə təmin edilməsini, eyni zamanda heyvanlardan insanlara keçə biləcək xəstəliklərin qarşısının alınası məqsədilə bu gün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Bakı şəhər ərazisində fəaliyyət göstərən bir neçə ət bazarda reyd keçirib.

Baytarlıq Xidmətinin mətbuat mərkəzindən AzNews.az-a verilən məlumata görə, reydlər Təzə bazar, 8-ci km bazarı, Keşlə bazarı, Dərnəgül topansatış ət məntəqəsi, eləcə də Bakı kino teatrı yaxınlığında təşkil olunmuş yarmarkada keçirilib.

Səhər saat 4-5 radələrində başlanan tədbir zamanı adlarıçəkilən obyektlərdə baytarlıq-sanitariya qaydalarının pozulmadığı, müxtəlif rayonlardan gətirilən heyvan və heyvan mənşəli məhsullarıın baytarlıq sənədləri əsasında gətirildiyi aşkar olunub.

Onu da qeyd edək ki, reyd zamanı rast gəlinən kiçik nöqsanların aradan qaldırılması baytar mütəxəssislərindən tələb edilib və lazımi tövsiyələr verilib.

Belə reydlərin davan etdirlməsi nəzərdə tutulur. Kənd Təsərrüfat Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti bir daha bildirir ki, əhalinin keyfiyyətli və təhlükəsiz ərzaq məhsulları ilə təmin edilməsi, eyni zamanda heyvanlardan insanlara keçə biləcək xəstəliklərin qarşısının alınmasına nəzarət olunur.


Aynur

AzNews.az

Bağla X