02:13
(077) 610-22-33

9-cu sinif şagirdlərinə şad xəbər

  • >
26 516 16 Dekabr 2013 13:43 | Cəmiyyət

Gələn tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları ənənəvi olaraq, yanvar ayında "Abituriyent" jurnalının I sayında dərc olunacaq. Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasıın sədri Məleykə Abbaszadə jurnalstlərə deyib.

Onun sözlərinə görə, qəbul imtahanlarının məzmununa aid yenilikləri də həmin zaman öyrənmək mümkün olacaq:
"İmtahanların təşkilati nöqteyi-nəzərdən yeniliklərini bir müddət öncə elan etmişik. Əvvəlki illərin məzunları ali məktəblərə qəbul imtahanlarını gələn il aprel ayının sonu-mayda verəcəklər. Bu tədris ilinin məzunları isə qəbul imtahanlarını ənənəvi olaraq, iyulda verəcəklər. Dəyişikliklərlə əlaqədar hər bir yeni məlumat komissyanın saytında yerləşdirilir. Mən abituriyentlərdən və valdieynlərdən çox xahiş edirəm ki, onlar kiminsə şaiyələrinə, sözlərinə inanmasınlar. İmtahanla bağlı ediləcək dəyişikliklərlə əlaqədar kiminsə hansısa sualı varsa, bu barədə məlumatı bizim saytdan öyrənə bilər".

M.Abbaszadə deyib ki, bu il buraxılış imtahanlarında fənlərin sayının artırılması nəzərdə tutulmayıb. Onun sözlərinə görə, bu il 9-cu sinif şagirdləri orta ixtisas təhsili müəssisələrinə qəbulu üçün əlavə olaraq imtahan verməyəcəklər. Bu il 9-cu sinifdə oxuyan şagirdlər buraxılış imtahanının nəticələrinə uyğun olaraq, müsabiqə yolu ilə orta ixtisas təhsili müəssisələrinə qəbul olacaqlar.

TQDK sədri bildirib ki, "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Təhsil Strategiyası" çərçivəsində təhsil sistemində həyata keçiriləcək dəyişikliklər TQDK və TN tərəfindən birgə müzakirə olunduqdan sonra tətbiq ediləcək:

"Təhsil, tədris prosesi dəyişəndə qiymətləndirmə prosesində də müəyyən dəyişikliklər olacaq. Amma bu dəyişikliklər tədricən həyata keçiriləcək. Bu dəyişikliklərə həm bizim müəllimlərimiz, həm də şagirdlər hazır olmalıdır. Addm-addım dəyişiklikləri həyata keçirəcəyik. Bu, imtahan suallarının formasına, imtahanın aparılması üsullarına aid olacaq".

AzNews.az
Bağla X