İstiqlalçı deputat vəfat etdi -VİDEO

Dekabrın 31-i səhər saatlarında şəkərli diabetdən və ürək xəstəliyinindən əziyyət çəkən sabiq Millət vəkili Faiq Baxşəliyev dünyasını dəyişib.

AzNews.az xəbər verir ki,Milli məclisin sabiq deputatı, Azərbaycanın İstiqlal Bəyənnaməsinə imza atan şəxslərdən biri, Aran bölgəsində Azadlıq hərəkatının aparıcı simalarından olan, 1992-1995-ci illərdə Mingəçevirin və Ağdaşın İcra başçısı olmuş Faiq Baxşəliyev Mingəçevirdəki evində vəfat edib.
Mərhum doğulduğu Ağdaş rayonunun Kotavan kəndində dəfn edilib.

Qeyd edək ki,mərhum Millət vəkili uzun müddət idi ki urək xəstəliyindən əziyyət çəkirdi və bir neçə dəfə əməliyyat olunub.


Elnarə
AzNews.az