- Köhnə - Cəmiyyət
- 7 Yanvar 2014 12:18
- 9 542
Prezident və xanımı Bakı Sağlamlıq Mərkəzinin açılışında
Dövlət başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Azərbaycan Prezidenti və xanımı Bakı Sağlamlıq Mərkəzində yaradılmış şəraitlə tanış olublar.
Səhiyyə naziri Oqtay Şirəliyev yeni tibb ocağı barədə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verib.
Təməli 2011-ci ildə qoyulan Bakı Sağlamlıq Mərkəzi 550 çarpayılıqdır. Prezident İlham Əliyev 2010-cu il avqustun 6-da Bakı Sağlamlıq Mərkəzinin yaradılması barədə Sərəncam imzalamışdı.
Bakı Sağlamlıq Mərkəzi ilə tanışlıqdan sonra dövlət başçısı səhiyyə işçiləri ilə görüşüb.
Sonda xatirə şəkli çəkdirilib.
AzNews.az