Xristian məhkumlar üçün Milad bayramı keçirildi- Bakıda

Milad bayramı münasibətilə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası keşişlərinin iştirakı ilə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin ayrı-ayrı cəzaçəkmə müəssisələrində xristian dininə ibadət edən məhkumlar üçün mərasimlər keçirilib.

AzNews.az Penitensiar xidmətin saytına istinadən xəbər verir ki, 07.01.2014-cü il tarixdə dini ayinlərin icra edilməsi ilə əlaqədar Rus Pravoslav Kilsəsinin nümayəndələri 15 saylı cəzaçəkmə müəssisəsində olub, pravoslav kilsəsinə mənsub məhkumlarla görüş keçirib, dini mövzuda mühazirələr söyləyib, dualar oxuyublar.

Tədbirin sonda məhkumlara bayram hədiyyələri təqdim olunub.

AzNews.az