04:27
(077) 610-22-33

Azərbaycanda ailə həkimi institutu yaradılır

  • >
936 10 Yanvar 2014 12:24 | Cəmiyyət

Azərbaycanda uzun müddətdir, müzakirəsi ləngiyən yeni "Ailə həkimi haqqında" qanun layihəsi yaz sessiyasında Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Parlamentin Sosial siyasət komitəsindən APA-ya verilən məlumata görə, sənəd artıq komitənin yaz sessiyasında iş planına daxil edilib.

Layihənin hazırlanmasında əsas məqsəd vətəndaşlara lazımı tibbi xidmətin göstərilməsi, ailələrin ilkin həkim nəzarəti ilə təmin edilməsidir. Sənəddə ailə həkimi institutunun yaradılması və geniş şəkildə şəbəkələşməsi əsas götürülüb.

Layihənin hazırlanmasında ABŞ, Türkiyə, Avropa təcrübəsi əsas götürülüb.

AzNews.az
Bağla X