05:57
(077) 610-22-33

300-dən çox şəxsə Azərbaycan vətəndaşlığı verilib

  • >
1 352 11 Yanvar 2014 20:06 | Cəmiyyət



Prezident İlham Əliyev Azərbaycan vətəndaşlığına qəbulla bağlı növbəti sərəncam imzalayıb.

Vətəndaşlığa qəbul olunanların əksəriyyətini Gürcüstan Respublikasından olan soydaşlarımız təşkil etsə də, onların arasında İran İslam Respublikasından gələrək Azərbaycanda qaçqın kimi məskunlaşan şəxslər, habelə uzun illər vətəndaşsızlıqdan əziyyət çəkənlər də var.

AzNews.az xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev Azərbaycan vətəndaşlığına qəbul edilən 300-dən çox şəxsi qəbul edərək onları təbrik edib. Həmin şəxslərin arasında hüquqi yardım almaq üçün "Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyinə müraciət edənlər də var.

Belə ki, vətəndaşlığa qəbulla bağlı sənədərinin toplanıb aidiyyatı dövlət orqanına təqdim olunmasında birliyin əməkdaşları onlara yardım edib.

"Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyi ölkə prezidenti tərəfindən atılan bu addımı Azərbaycanın "Vətəndaşsızlıq hallarının aradan qaldırılması haqqında" Konvensiya ilə üzərinə götürdüyü öldəliklərin yerinə yetirilməsi baxımından yüksək qiymətləndirib və bunu vətəndaşsızlıq hallarının azaldılması yolunda ilkin başlanğıc hesab edib.

Elnur
AzNews.az
Bağla X