05:21
(077) 610-22-33

Yağıntılı həftəyə başlayırıq - Proqnoz

  • >
507 12 Yanvar 2014 19:44 | Cəmiyyət

Yanvarın 12-13-də gün ərzində ölkə ərazisində hava şəraiti nisbətən mülayim, əsasən yağmursuz keçəcək. Mülayim cənub küləyi gündüz saatlarında arabir güclənəcək.

Proqnozlar bürosunun direktor müavini Gülşad Hacıyevanın APA TV-yə verdiyi məlumata görə, havanın temperaturu günorta saatlarında Bakıda və Abşeron yarmadasında + 11 dərəcə olacaq.

Mərkəzi aran rayonlarında günorta saatlarında 7-12 dərəcə isti, dağlarda isə günorta saatlarında 5-10 dərəcə isti müşahidə olunacaq. Lakin yanvarın 13-də axşam şimal və qərb rayonlarında başlayaraq, eləcə də ayın 14-də bəzi yerlərdə yağıntılı hava şəraiti olacaq.


Dağlıq rayonlarada isə qar yağacağı ehtimalı var. Paytaxtda yanvarın 14-də hava şəraitinin buludlu olacağı, yarmadanın bəzi yerlərində isə yağıntılı olacağı gözlənilir.

Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu tədricən 3- 4 dərəcə aşağı enərək günorta saatlarında 8 dərəcə isti müşahidə olunacaq.


Mütəxəssis qeyd edir ki, şimal və qərb rayonlarından başlayaraq ayın 13-dən hava şəraiti dəyişərək yağıntılı olacaq. Eləcə də yanvarın 14-ü gün ərizində digər bölgələrimizdə də yağıntılı hava şəraiti müşahidə olunacaq. Havanın temperaturu bir qədər aşağı enəcək, mərkəzi aran rayonlarında günorta saatlarında 5-10 dərəcə isti, dağlarda isə günorta saatlarında 0-5 dərəcə isti qeydə alınacaq. Yanvarın 15-də gündüz saatlarından başlayaraq hava şəraitinin nibətən mülayim, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırırlır.

Yanvarın 12-13-də meteroloji amillərin zəif və mülayim tərəddüdü əsasən əlverişlidir. Lakin 14-də hava şəraitinin bir qədər yağıntılı olması, eləcə də şimal küləyinin güclənməsi meteohəssas insalarda diskomfort hissi yaradacaq.


AzNews.az
Bağla X