07:56
(077) 610-22-33

Dünyanın ən ucuz şəhərləri- SİYAHI

  • >
416 13 Yanvar 2014 17:00 | Cəmiyyət

Amerikanın "Price of Travel" analitik portalı istirahət üçün ən sərfəli şəhərlərin reytinqini açıqlayıb.

Avropa ölkələri üçün "Europe Backpacker Index 2014" reytinqini açıqlayan portalın hesablamalarına görə, reytinq şəhərdə bir gündə sərf edilən vəsaitin məbləğinə görə tərtib edilib.

Ən ucuz şəhərlər siyahısına Buxarest rəhbərlik edib. Burada bir günlük istirahət 24,69 dollardır. Bu məbləğə oteldə bir günlük gecələmə, ictimai nəqliyyatda iki dəfə gediş, 3 dafə baha olmayan yemək, 3 bakal şərab daxildir.

Qeyd edək ki, "Price of Travel" belə reytinq cədvəlini hər il tərtib edir. "Price of Travel"in təsisçisi Rocer Ueyd "Forbes"ə bildirib ki, İstanbul türk lirəsinin 20 fazi ucuzlaşması nəticəsində ucuz şəhərlər sırasına düşüb. Funt-sterlinq və avro bahalaşdığına görə London və Paris "ucuzlaşmayıb".

Krakov, Polşa, Budapeşt kimi şəhərlərin də mövqeyində ciddi dəyişiklik olmayıb.

Rusiyanın Sankt-Peterburq şəhərində bir günlük istirahət 40,97 dollar, Moskvada 45,23 dollar təşkil edir.

Beləlikə 10 ən ucuz şəhərlər siyahısına Buxarest (24,69 dollar), Kiyev (25,61 dollar), Sofiya (26,32), Belqrad (28,27 dollar), Krakov (28,87 dollar), Sarayevo (29,26 dollar), Budapeşt (33,12 dollar), Riqa (33,21 dollar), İstanbul (35,89 dollar), Varşava (37,29 dollar) daxildir.

Elnarə
AzNews.az
Bağla X