06:46
(077) 610-22-33

Yadigar Sadıqov 6 il azadlıqdan məhrum edildi

  • >
286 13 Yanvar 2014 18:02 | Cəmiyyət

Bu gün Lənkəran Rayon Məhkəməsində Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA-nın cənub bürosunun məlumatına görə, hakim Elçin Kazımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Xalid Bağırov məhkəmədən Yadigar Sadıqova bəraət istəyib.

Daha sonra son söz demək üçün söz Yadigar Sadıqova verilib. O, özünü təqsirli bilmədiyini deyib.

Məhkəmə müşavirəyə gedib. Müşavirədən qayıdan məhkəmə Yadigar Sadıqovun 6 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında Yadigar Sadıqovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini, cəzasını ümumi rejimli müəssisədə çəkməsini istəmişdi.

Qeyd edək ki, Yadigar Sadıqov ötən il iyunun 27-də Lənkəran şəhər sakini, 2-ci qrup Qarabağ əlili Rəşid Kərimovun şikayəti əsasında Lənkəran Şəhər-Rayon Polis Şöbəsində saxlanıb.
Rəşid Kərimov iyunun 25-də Lənkəranın Cavanşir küçəsindəki çayxananın qarşısından keçərkən Yadigar Sadıqovun iki nəfərlə birgə onu döydüyünü bildirib.


AzNews.az
Bağla X