Nəcməddin Sadıkov Belçikaya getdi

Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov yanvarın 22-də Brüssel şəhərinə gedib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olan məlumata görə, N.Sadıkov Brüsselə NATO Hərbi Komitəsinin İSAF Əməliyyatına töhfə verən qeyri-NATO ölkələri ilə Baş Qərargah rəisləri səviyyəsində görüşündə iştirak etmək üçün Belçika Krallığına gedib.

AzNews.az