21:39
(077) 610-22-33

AŞPA həmməruzəçiləri Naxçıvana səfər ediblər - FOTO

  • >
447 22 Yanvar 2014 19:27 | Cəmiyyət

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debono Qrex Naxçıvan Muxtar Respublikasına (MR) səfər ediblər.

AzNews.az - ın "AzərTac" dövlət agentliyinə istinadən verdiyi məlumata görə, həmməruzəçilər yanvarın 22-də Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovla görüşüblər.

Görüşdə V. Talıbov Azərbaycanın 2001-ci ildən AŞ-nin üzvü olduğunu xatırladaraq, ötən illər ərzində AŞ ilə sıx əməkdaşlıq qurulduğunu, qarşıya qoyulan öhdəliklərin yerinə yetirildiyini bildirib. Azərbaycanın tərkib hissəsi olan Naxçıvan MR-lə də AŞ arasında əlaqələrin mövcud olduğunu bildirən Ali Məclis sədri Avropa Yerli və Regional Hakimiyyətlər Konqresində Naxçıvan nümayəndə heyətinin təmsil olunduğunu diqqətə çatdırıb.

V. Talıbov MR-də AŞ qarşısında götürülən öhdəliklərin icrasının təmin edildiyini də bildirib.

Öz növbəsində, həmməruzəçilər Naxçıvana ilk dəfə səfər etdiklərini diqqətə çatdırıblar. Səfər çərçivəsində MR-də bir sıra görüşlər keçirəcəklərini bildirən qonaqlar əlaqələrin daha da genişlənməsi üçün potensialın olduğunu qeyd ediblər.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.


AzNews.az
Bağla X