03:46
(077) 610-22-33

Zakir Qaralov vətəndaşlarla görüşdü

  • >
622 24 Yanvar 2014 16:14 | Cəmiyyət

Baş prokuror Zakir Qaralov Sumqayıt şəhərində vətəndaşları qəbul edib.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq vətəndaşlara keyfiyyətli xidmət göstərilməsi, onların qəbulu və müraciətlərinə hər zaman qayğı və həssaslıqla yanaşılması dövlət təsisatlarının əsas vəzifələrindən biri kimi müəyyənləşdirilib.

Sentyabrın 24-də Baş prokuror Zakir Qaralov Sumqayıt şəhər prokurorluğunun inzibati binasında Sumqayıt şəhəri, Abşeron, Qubadlı, Xızı və Zəngilan rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirib.
Qəbuldan əvvəl Baş prokuror xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad edib.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Baş prokuror 130-dan artıq vətəndaşın ərizə və şikayətlərini dinləyib, qaldırılan məsələlərin həll edilməsi üçün qəbulda iştirak edən prokurorluğun müvafiq struktur rəhbərlərinə tapşırıqlar verib.

Qəbul zamanı bölgə vətəndaşlarını narahat edən məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb. Vətəndaşların müraciətlərində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti üzrə müvafiq icra orqanlarında operativ həlli üçün zəruri tədbirlərin görülməsi təmin edilib.

Yekunda tabe prokurorların iştirakı ilə müşavirə keçirilməklə bölgədə ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması, habelə vətəndaşların qəbulu işinin düzgün təşkili və onların müraciətlərinə obyektiv baxılması ilə bağlı konkret tapşırıqlar verilib.

AzNews.az
Bağla X