Elman Babayevdən təkzib: “Mən yerimdəyəm”

"Elə bir şey yoxdur və mən yerimdəyəm".


Bunu AzNews.az-a Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətinin rəhbəri Elman Babayev barəsində yayılan məlumatlara münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edəcəyi ilə bağlı xəbər həqiqətə uyğun deyil:

"Belə bir şey yoxdur və hələ ki, mən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidməti vəzifəsində çalışıram".

Qeyd edək ki, AzVision.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Əjdər Ol bildirib ki, təmsil etdiyi qurumda yeni mətbuat xidməti vəzifəsini Elman Babayev icra edəcək. E.Babayevin yeni vəzifəsi ilə bağlı bu gün əmr veriləcək. Qeyd edək ki, 2012-ci ildən bu günə qədər bu vəzifəni İlham Məmmədov yerinə yetirirdi. O, bir neçə gün əvvəl vəzifəsindən istefa vermişdi.

Elnur
AzNews.az