03:18
(077) 610-22-33

AMEA sənəd qəbulununa başladı

  • >
685 27 Yanvar 2014 15:04 | Cəmiyyət

Azərbaycan Milli Elmlər Akademiyasının 23 elmi qurumuna direktor seçkiləri keçiriləcək.

AzNews.az akademiyanın saytına istinadən bildirir ki, AMEA Rəyasət Heyəti akademiyanın 36 elmi-tədqiqat müəssisəsindən 23-nə direktor seçkiləri elan edir. Seçkilər Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə - Fizika İnstitutu, Riyaziyyat və Mexanika İnstitutu, Kibernetika İnstitutu, Radiasiya Problemləri İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, Şamaxı Astrofizika Rəsədxanası, Kimya Elmləri Bölməsi üzrə - Aşqarlar Kimyası İnstitutu, Polimer Materialları İnstitutu, Yer Elmləri Bölməsi üzrə- Geologiya İnstitutu, Coğrafiya İnstitutu, Biologiya və Tibb Elmləri Bölməsi üzrə - Mikrobiologiya İnstitutu, Mərkəzi Nəbatat Bağı, Aqrar Elmlər Bölməsi üzrə - Genetik Ehtiyatlar İnstitutu, Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Eroziya və Suvarma İnstitutu, Humanitar və İctimai Elmlər Bölməsi üzrə - Şərqşünaslıq İnstitutu, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu, İqtisadiyyat İnstitutu, Ədəbiyyat İnstitutu, Dilçilik İnstitutu, Əlyazmalar İnstitutu, Milli Azərbaycan Tarixi Muzeyi, Milli Azərbaycan Ədəbiyyatı Muzeyi üzrə aparılacaq.

Namizədlərin irəli sürülməsinə dair sənədlər 1 ay müddətində AMEA-nın müvafiq elmi təqdim edilməlidir.

AzNews.az
Bağla X