18:06
(077) 610-22-33

Kəmaləddin Heydərov Gürcüstan nümayəndə heyəti ilə görüşüb

  • >
429 28 Yanvar 2014 19:36 | Cəmiyyət

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov yanvarın 28-də Azərbaycanda səfərdə olan Gürcüstan daxili işlər nazirinin müavini Vaxtanq Qomelaurinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

FHN-in saytına istinadən verilən məlumata görə, K. Heydərov iki ölkə arasında yaxın qonşuluq və dostluq əlaqələrinin ildən-ilə möhkəmləndiyini diqqətə çatdırıb.

Azərbaycan və Gürcüstanın müvafiq dövlət qurumları arasında mövcud əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin perspektivlərindən danışan nazir fövqəladə halların idarə olunması sahəsində respublikada görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə məlumat verib.

Öz növbəsində, V. Qomelauri ölkələr arasında aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini önə çəkib.

Görüşdə baş verə biləcək fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində fikir mübadiləsi aparılıb, hər iki ölkənin mütəxəssislərinin iştirakı ilə qarşılıqlı təcrübə mübadiləsinin aparılması və birgə seminar-təlimlərin keçirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Daha sonra qonaqlar Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin, İctimaiyyətlə əlaqə idarəsinin Multi-media mərkəzinin, Tibb məntəqəsinin, o cümlədən Mülki müdafiə qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin fəaliyyəti ilə yaxından tanış olublar.

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında olan qonaqlara bu təhsil ocağının fəaliyyəti haqqında geniş məlumat verilib.

Gürcüstanın nümayəndə heyətinin səfəri davam edir.



AzNews.az
Bağla X