07:09
(077) 610-22-33

Zakir Həsənov Pakistanın GİDS şirkətinin rəhbərini qəbul edib

  • >
574 3 Mart 2014 22:22 | Cəmiyyət

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Qlobal Sənaye və Müdafiə Həlli Təşkilatının (GİDS) baş direktoru Zubair İqbal Maliki qəbul edib.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Müdafiə naziri Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlığın dostluq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin daim inkişaf etdiyini və hər iki tərəf üçün qarşılıqlı faydalı olduğunu qeyd edib.

Qonaq səfərdən məmnun qaldığını bildirərək, Azərbaycan-Pakistan qarşılıqlı münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin keçirilməsinin zəruriliyini bildirib.

Eyni zamanda, ölkələrimizin yerləşdiyi regionlarda hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb. Təhdidlərə qarşı mübarizədə qarşılıqlı dəstəyin bundan sonra da davam etdiriləcəyi xüsusi vurğulanıb.

Görüşdə Pakistanın Azərbaycandakı səfiri Xalid Usman Qaiser də iştirak edib.


AzNews.az
Bağla X