15:02
(077) 610-22-33

Rauf Arifoğlu: “Azərbaycan mətbuatı can verir”

  • >
603 5 Mart 2014 18:37 | Cəmiyyət

"Vəziyyət bu cür davam eləsə, qəzeti bağlamalı olacağıq. Hətta qəzetin iflas olduğunu elan edəcəyimiz variant da hazırdır".


Bu gün "Media forum" saytına danışan "Yeni Müsavat" qəzetinin təsisçisi və baş redaktoru Rauf Arifoğlu belə deyib.

O bildirib: "Azərbaycan mətbuatı can verir. Yayım sektoru, demək olar, çöküb. Bundan pis vəziyyəti təsəvvür edə bilmirəm. Qəzet yaymaq coğrafiyamız daralıb, gəlirlərimiz minimuma düşüb. Qəzetimiz yalnız əməkdaşlarımızın fədakarlığı sayəsində fəaliyyətini davam etdirir.

Bakıdakı yeni köşklərə gündə 1400-1500 nüsxə qəzet veririk. Amma köşklərdə qəzetlərin satılması da vəziyyətdən çıxış yolu deyil. Əvvəla, oxucuların bu köşklərdən qəzet almaq vərdişi hələ yeni yaranır. İllərdir metro keçidlərində və səyyar satışda formalaşan satıcı-oxucu münasibətləri var idi. Metroda qəzet satışı qadağan olunub, səyyar satışın əl-ayağı yığışdırılıb. Nəticədə satıcı-oxucu münasibətləri kəsilib, minlərlə tiraj itirmişik. Artıq həmişəki kimi gündəlik 5-6 min nüsxəlik tirajımız yoxdur. Bu da ayda qəzetimizin 100 min nüsxəsinin dövriyyədən çıxması deməkdir. Satışdan itirdiyimiz pullar bizim üçün çox ciddi itkidir. Bu gedişlə qəzeti bağlaya bilərik. Hətta qəzetin iflas olduğunu elan eləmək variantı üzərində bir layihə hazırlayıb kənara qoymuşam. Kritik anda o layihəni dövriyyə buraxacam".

Metroda qəzet satışı ötən ilin payızından yığışdırılıb. Bu ilin əvvəlindən isə paytaxtda əl yayımına qadağa qoyulub.


AzNews.az
Bağla X