17:53
(077) 610-22-33

Nərimanovda 8 Mart münasibətilə tədbir keçirildi- FOTOLAR

  • >
2 092 7 Mart 2014 15:55 | Cəmiyyət

Bu gün Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbiri təşkil edilib.

AzNews.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bütün qadınları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edərək, onlara xoş arzularını çatdırıb, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra çıxış edən Milli Məclisin deputatı Adil Əliyev bu gün Azərbaycan qadınının yüksək pillələrdə dayandığını, ölkə daxilində və beynəlxalq aləmdə böyük nailiyyətlər qazanaraq ictimai həyatın bütün sahələrində öz sözünü inamla dediyini qeyd edib.

Bayram tədbiri tanınmış incəsənət ustalarının ifasında konsert proqramı ilə davam etdirilib.

Tədbirə rayonun təhsil, səhiyyə və digər sahələrini əhatə edən idarə, müəssisə və təşkilatlarını, həmçinin ictimai birlikləri təmsil edən qadınlar qatılıblar.

AzNews.az
Bağla X