14:39
(077) 610-22-33

Xanım Qafarova bayramı xəstəxanada keçirəcək

  • >
999 13 Mart 2014 15:23 | Cəmiyyət


"Novruz bayramını xəstəxanada keçirəcəyəm".

Bunu AzNews.az-a açıqlmasında əməkdar artist, Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası Xanım Qafarova bildirib.

X. Qafarova deyib ki, səhhətindəki problemlə bağlı daha 10 gün Türkiyədə müalicə kursu almalıdır: "Martın 16-da Türkiyəyə gedirəm. Müalicə kursum 10 gün davam edəcək".

O bildirib ki, Bahar bayramını Türkiyədə - xəstəxanada qeyd edəcək.

Xatırladaq ki, Xanım Qafarova onkoloji xəstəlikdən əziyyət çəkir. Bu xəstəliyinə görə, 3 dəfə Azərbaycanda əməliyyat olunub. Türkiyədə isə iki müalicə kursu qəbul edib.

Bahar Rüstəmli
AzNews.az
Bağla X