20:42
(077) 610-22-33

“Dövlət ciddi ölçü götürməlidir”- YAP-çı deputat

  • >
914 14 Mart 2014 12:23 | Cəmiyyət

Azərbaycanın hakim partiyasının funksioneri ölkədən kənarda, xüsusilə də Suriyada döyüşən azərbaycanlılarla bağlı ciddi narahatlığını bildirib.

APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib ki, ölkədən xaricə döyüşmək üçün axın edənlərin sayının artması onları narahat edir və dövlət bununla bağlı ciddi ölçü götürməlidir.

Deputat qeyd edib ki, bu günlərdə bununla bağlı qanunvericiliyə kifayət qədər yeniliklər edilməsi məsələnin müsbət həllində ciddi nəticələrin olacağına ümid verir: "Buna baxmayaraq, dövlət bu insanları xaricə cəlb edən təşkilatlara ciddi nəzarət etməlidir. Bu gün bizim Qarabağ kimi problemimiz, uğrunda döyüşmək üçün işğal altında qalan torpaqlarımız var. Amma bunlar cənnətə düşmək arzusu ilə ölkədən baş götürüb kənarda nəyinsə uğrunda vuruşmağa gedirlər. Hələ bilinmir, onlar oradan hansı ağılda və hansı düşüncədə üstümüzə qayıdacaqlar. Ona görə də hesab edirik ki, dövlət bu işlərlə ciddi məşğul olmalıdır".

AzNews.az
Bağla X