ATV-də Zaur Baxşəliyevi hansı cəza gözləyir? - Açıqlama

""Ümid var" verilişində baş verənlərlə bağlı bir neçə nəfər artıq işdən qovulub".

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin Ağcabədi rayonundan seçilən deputatı Aqil Abbas deyib.

Millət vəkili bildirib ki, seçildiyi rayonla bağlı yayımlanan intim video ilə bağlı, ATV rəhbərliyi yəqin ki, cəza tədbirlərini davam etdirəcək. Onun sözlərinə görə, verilişin aparıcısı Zaur Baxşəliyev cəza olaraq ATV-dən uzaqlaşdırıla və ya töhmət ala bilər.

Xatırladaq ki, martın 13-də ATV-də yayımlanan "Ümid var" verilişində Ağcabədi rayon sakini həyat yoldaşının başqa kişi ilə olan intim münasibətini yayımlayıb. Bu da cəmiyyətdə ciddi narazılığa səbəb olub. Nəticədə "Ümid var" verilişinin yayımı dayandırılıb.

Bahar Rüstəmli
AzNews.az