01:57
(077) 610-22-33

“Rusiya tələyə salınır” - Politoloq

  • >
1 861 17 Mart 2014 11:15 | Cəmiyyət

"Ukraynanın belə həyasızcasına işğal edilməsi biabrçılıqdır"



"Düşünmürəm ki, obrazlı desək, Qərb bütün cəbhə xətti boyunca Rusiyaya müharibə elan edəcək. Ona görə ki, Qərbi qorxudan Rusiyada hərbiçilərin hakimiyyətə gəlməsi ehtimalıdır"

Bunu AzNews.az-a açıqlamasında politoloq Ərəstun Oruclu Krımda keçirilən referenduma Qərbin kəskin reaksiyasına münasibət bildirərkən deyib.

Ərəstun Oruclunun sözlərinə görə, Rusiya artıq Gürcüstandan sonra açıq şəkildə göstərdi ki, o məqsədinə çatmaq üçün Ukraynaya qarşı da hərbi təcavüzdən çəkinməyəcək: "Onu da bildirim ki, bu məsələdə Qərbin reaksiyaları anlaşılandır. Qərb Rusiyanı başqa keyfiyyətdə tərəfdaş kimi görmək istəyirdi, amma təəssüf ki, bu alınmadı. Elə bunun da nəticəsidir ki, artıq Avropa Birliyindən mətbuata sanksiya tətbiq ediləcək Rusiya məmurlarının siyahısı təqdim olunub".

Politoloq hesab edir ki, Qərb Rusiyanın geri çəkilməyi üçün müxtəlif təzyiq vasitələrindən istifadə etməyə çalışacaq: "Yox, əgər Rusiya həqiqətən də bu cür saxta referendum keçirməklə işğal siyasətinə yol verəcəksə, heç kim gözləməsin ki, Qərb bu məsələdə nikbin davranacaq. Qərbin əlində kifayət qədər hərbi resurs var".

Politoloq həmçinin onu da deyib ki, tam formalaşmamış Ukrayna hakimiyyətinin indiki durumda Rusiyaya qarşı açıq müharibə elan etməsi məğlubiyyətlə nəticələnər:

"Amma onu da deyim ki, Rusiyanın Ukraynada münaqişəyə cəlb olunması və özünün də hədəfə doğru getməsi, Rusiya üçün bir tələdir. Artıq görürük ki, Rusiyanın daxilində həmin o sülh marşı deyilən etiraz aksiyasında onminlərlə Rusiya vətəndaşı qoşuldu və Putinin işğalçı siyasətinə etiraz etdi.

Bilirsiz, Ukrayna Rusiyanın ən böyük təbii müttəfiqidir və Rusiyanın Ukraynanın ərazisini belə həyasızcasına işğal eləməsi biabırçılıqdır. Onu da unutmayaq ki, Ukrayna xalqı SSRİ-nin işğalçı siyasətinə qarşı 60-cı illərə qədər partizan müharibəsi aparıb. Həmin vaxt dünyanın böyük gücləri Ukraynaya dəstək olmurdular. Amma bu gün Ukraynanın Baş naziri Amerika prezidenti ilə danışıqlar aparır. Yəni mən hesab edirəm ki, Ukraynanın bu yanaşmasının arxasında çox ağıllı və səbirli siyasət dayanır".

İlqar
AzNews.az
Bağla X