11:05
(077) 610-22-33

Avropa Məhkəməsindən Öcalanla bağlı qərar

  • >
1 168 18 Mart 2014 15:31 | Cəmiyyət

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Abdullah Öcalanla bağlı qərarını açıqlayıb. Anspress-in məlumatına görə, Avropa Məhkəməsinin qərarında həbsxanaların cəhənnəm olmamasına diqqət çəkilib.

Qərarda Avropa İnsan Haqları razılaşmasının maddələrindən birinin pozulduğu qeyd edilib. AİHM razılaşmanın qeyri-insani və təhqiredici münasibətdən bəhs edən maddəsi ilə bağlı Türkiyənin bəzi məqamları pozduğu, bəzilərinə isə riayət etdiyi açıqlanıb.

Qərarın "zərər" başlıqlı qismində Öcalan ona dəyən maddi və mənəvi ziyanla əlaqədar olaraq heç bir tələb irəli sürmədiyi qeyd edilib. Cavabdeh dövlətin qərarın kəsinləşdiyi tarixdən etibarən 3 ay içərisində məhkəmə xərcləri və xərclərin ödənməsi üçün iddia sahibinə 25 min avro ödəməsinə qərar verilib.

Məhkəmə hakimləri Öcalanın şərti olaraq azadlığa buraxılmasını və ömürlük həbsə məhkum edilməsi ilə bağlı qərarı qanun pozuntusu kimi qiymətləndirib. Qərarda Öcalanın şərti azadlığa buraxılmasının vacibliyi də əks olunub.

AzNews.az
Bağla X