02:11
(077) 610-22-33

Qatarlara bilet tapılmır – Rəsmi açıqlama

  • >
872 19 Mart 2014 12:07 | Cəmiyyət

Azərbaycanın qərb istiqamətinə hərəkət edən sərnişin qatarlarına bilet çatışmazlığı yaranıb. Bu məlumatı AzNews.az-a "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibi Nadir Əzməmmədov verib. O deyib ki, bilet çatışmamazlığı Novruz bayramı ilə əlaqədar bölgələrə getmək istəyən sərnişinlərin hədsiz çoxluğu ilə bağlıdır: "Artıq həmin istiqamətə 10-dan çox vaqon əlavə olaraq qoşulub. Buna baxmayaraq, təlabatı ödəməkdə çətinliklər var.

N. Əzməmmədov bilet çatışmazlığı məsələsinə də aydınlıq gətirib: "Bilet satışı on gün əvvəl başlanılıb. Bu səbəbdən də satış tez yekunlaşıb və nəticədə qıtlıq müşahidə olunur. Lakin mümkün olduğu qədər əlavə qatarlara vaqonlar artırıldıqca həmin yerlərə bilet satışı həyata keçirilir".

Amid
AzNews.az
Bağla X