08:30
(077) 610-22-33

MTRŞ telekanallarda monitorinq aparır

  • >
643 28 Avqust 2012 15:39 | Cəmiyyət

Milli Televiziya və Radio Şurası telekanallarda Azərbaycan ədəbi dilinin qorunması vəziyyətinin öyrənilməsi ilə bağlı monitorinq keçirir. Bu barədə məlumat AzNews.az-a MTRŞ - dan verilib. Şuranın məlumatına görə, bütün telekanalları əhatə edən monitorinqin gedişində şou xarakterli verilişlərdə ədəbi dilin normalarına əməl edilməsi məsələsi də diqqətdə saxlanılır.

Monitorinqin sonunda pozuntular aşkarlanan telekanallardan "Dövlət dili haqqında" qanunun icrası ilə bağlı yaranan nöqsanları aradan qaldırmaq tələb ediləcək. AMEA - nın Nəsimi adına Dilçilk İnstitutu ilə birlikdə aparılan monitorinqin nəticələri sentyabrın sonunda elan olunacaq.

E.Əlosmanqızı
AzNews.az
Bağla X