06:16
(077) 610-22-33

Xanım Qafarova: “Özümü gümrah hiss edirəm”

  • >
1 938 29 Mart 2014 15:00 | Cəmiyyət


Azərbaycan Dövlət Musiqili Teatrın aktrisası, əməkdar artist Xanım Qafarova xəstəliyi ilə əlaqədar növbəti dəfə Türkiyəyə gedib.

AzNews.az-a açıqlama verən əməkdar artist deyib ki, müalicə prosesi aprelin 3-nə kimi davam edəcək: "Bu artıq üçüncü müalicə kursudur ki, Türkiyədə alıram. Bundan sonra ayda bir dəfə kimyaterapiya olunacağam".

Aktrisa hazırda özünü yaxşı hiss etdiyini, müalicənin müsbət reaksiya verdiyini də söyləyib: "Özümü çox gümrah hiss edirəm".

Xatırladaq ki, Xanım Qafarova onkoloji xəstəlikdən əziyyət çəkir. Aktirisa 3 dəfə cərrahi əməliyyat olunub.

Bahar
AzNews.az
Bağla X