"Hazırda İsa müəllimin nəşi evdədir" "Hazırda İsa müəllimin nəşi evdədir"

İsa Muğannanın ailəsi hökumətdən cavab gözləyir

"Hazırda İsa müəllimin nəşi evdədir"



Azərbaycanın xalq yazıçısı İsa Hüseynovun (Muğanna) dəfni ilə əlaqədar ailəsinə hər hansı bilgi verilməyib.

Bu barədə məlumatı AzNews.az-a mərhum yazıçının həyat yoldaşı Füruzə Hüseynova verib.

O deyib ki, İsa Muğannanın dəfni ilə bağlı ailəyə hələki heç nə deyilməyib: "Dəfnlə bağlı prosesin hansı şəkildə həyata keçiriləcəyini gözləyirik. Yəqin ki, hökumət bununla bağlı bizə hansısa məlumat verəcək".

F. Hüseynova qeyd edib ki, İsa Muğanna gecə saatlarında dünyasını dəyişib: "Rəhmətə gedəndən sonra qaydalara uyğun olaraq, məscidə aparılıb. Hazırda İsa müəllimin nəşi evdədir. Təxminən bundan sonra iki saat da gözləyəcəyik. Əgər hökumət səviyyəsində xəbər olmazsa, ailə lazım olanı həyata keçirəcək".

Bahar Rüstəmli
AzNews.az