"Gücümüz azərbaycanlı olmağımızdadır” "Gücümüz azərbaycanlı olmağımızdadır”

YAP-çı deputatdan Etibar Hüseynova ağır CAVAB

"Gücümüz azərbaycanlı olmağımızdadır”



"Milli Məclisin deputatı Etibar Hüseynovun qaçqınların Bakı mühitini korlaması barədə fikirlərinə qəti etiraz edirəm".

AzNews.az-ın məlumatına görə, bu barədə Milli Məclisin deputatı Aydın Mirzəzadə öz "Facebook" səhifəsində yazıb.

Millət vəkili Etibar Hüseynovun fikirlərini telekanalda izlədiyini və patlament üzvünün bu cür çıxışlar etməməli olduğunu vurğulayıb: "Qaçqınlar haqqında dediyi epitetlərə ( "ac-yalavac", "təhsiliz", "mədəniyyət görmədilər" və s.) öz qəti etirazımı bildirirəm. Xalqı bölmək, bölgəni-bölgəyə qarşı qoymaq yolverilməzdir. Təəssüf edirəm ki, veriliş zamanı onun səsləndirdiyi mövqeyə etiraz bildirilmədi, qaçqınlar haqqında əsassız fikirlərə yol verildi. Gücümüz hamımızın qaçqın, hamımızın bakılı, hamımızın naxçıvanlı, hamımızın ümumilikdə azərbaycanlı olmağımızdadır".

Nigar Etibar
AzNews.az