00:41
(077) 610-22-33

7 yaşlı oğlanın köməyə ehtiyacı var

  • >
828 10 Aprel 2014 09:24 | Cəmiyyət

Quba rayon sakini 7 yaşlı Xəyal Məhərrəmovun kəskin leykozdan əziyyət çəkir.

Xəstəlik onda 2014-cü ildə yanvar ayının 4-də aşkarlanıb. Valideynləri deyir bu müddət ərzində 3 kurs müalicə olunub. Hər müalicə kursu ailəyə 1000-1500 manata başa gəlir. Atası Faiq Məhərrəmovun sözlərinə görə, Xəyalın həyatda qalması üçün ona ilik köçürülməlidir. Müalicə xərclərini ödəməkdə çətiklik çəkən ailənin isə buna maddi imkanı çatmır. 2013-cü ildə birinci sinifə gedən Xəyal səhhətində yaranan problemlə bağlı orta məktəbə cəmi üç ay gedə bilib. İndi onun ən böyük arzusu sağalmaq və təhsilini davam etdiriməkdir. Xəyalın tam sağalması üçün təxminən 100 min manat pul lazımdır. Ailə bütün xeyirxah insanlardan yardım istəyir. Yardım etmək istəyənlər Bank of Bakuda Məhərrəmova Xəyalə Şakir qızının adına açılan hesaba pul köçürə bilər.

Hesab sahibi: Məhərrəmova Xəyalə Şakir qızı Hesab nömrəsi: 38010000151245İ38 İBAN AZ46JBBK00038010000151245İ38

AzNews.az
Bağla X