08:04
(077) 610-22-33

Dini Komitə iki günlük konfrans keçirir- İsmayıllıda

  • >
597 11 Aprel 2014 15:44 | Cəmiyyət

Bu gün İsmayıllı şəhərində, Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və İsmayıllı rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun dini icmalarının sədrləri, din xadimləri, eləcə də fəal ictimaiyyət nümayəndələri üçün "Dövlət və din: milli-mənəvi və ənənəvi dəyərlərimizin qorunması" mövzusunda iki günlük konfrans işinə başlayıb.

Komitənin mətbuat xidmətindən AzNews.az-a daxil olan məlumata görə, konfransı giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov iştirakçıları salamlayaraq, konfransın əsas məqsədinin dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarfiləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması olduğunu diqqətə çatdırıb.

Daha sonra DQİDK tərəfindən son vaxtlarda radikal dini cərəyanlar və hərəkətlərin qarşısının alınması istiqamətində həyata keçirilmiş işlər haqqında məlumat verilib. Bildirilib ki, bu istiqamətdə son üç ayda 10-dan çox qısamüddətli təlim kursları keçirilib, 10-a yaxın ədəbiyyat nəşr edilib, bir sıra dini icmaların yenidən dövlət qeydiyyatına dəstək verilmiş, icmaların nizamnamələrinin qanunvericiliyə uyğunluğunun yoxlanması işlərinin mexanizmi hazırlanıb və tətbiq edilib.

Konfrans öz işini "Milli-mənəvi dəyərlərimizə baxış: tarixilik və müasirlik", "Dini radikalizm və onunla mübarizə üsulları", "Din xadimlərinin fəaliyyət perspektivləri", "Azərbaycanda dövlət-din münasibətləri və dini icmalar", "Cəmiyyətin inkişafı və dini dəyərlər" panelləri üzrə davam etdirib.

AzNews.az
Bağla X