19:04
(077) 610-22-33

“778 yol polisi cəzalandırılıb” – Kamran Əliyev

  • >
1 361 15 Aprel 2014 09:39 | Cəmiyyət


2013-ci il ərzində insan hüququnu pozduğuna görə 80 nəfər, sürücünün hüququnu pozduğuna görə 51 nəfər, korrupsiya hüquqpozmalarına yol verdiyinə görə 96 nəfər məsuliyyətə cəlb edilib.

AzNews.az xəbər verir ki, bunu "qafqazinfo"ya müsahibəsində Baş Dövlət Yol Polisi İdarəsinin şöbəs rəisi Kamran Əliyev deyib. K.Əliyev bildirib ki, ötən il ərzində 80 əməkdaş isə daxil işlər orqanlarından xidmətdən xaric olunub, 19 nəfər isə tutduğu vəzifədən azad edilib.

Ümumilikdə 778 yol polisi əməkdaşı xidmətdə yol verdiyi nöqsanlara görə cəzalandırılıb. Şöbə rəisi son günlər mətbuatın gündəmində olan gizli radar məsələsinə də toxunub. Deyib ki, burda qanunazidd heç nə yoxdur: "Son günlərdə radarlarla bağlı iki görüntü yayıldı. Hər ikisində də görmüsünüz ki, radarlar yol patrul xidməti avtomobillərində, yəni xüsusi rəng qrafikası, sayrışan işıq siqnalları olan avtomobillərdə deyil, sadəcə mülki avtomobillərə oxşayan, lakin yol polisinin avtomobili olan xüsusi rəng qrafikası olmayan avtomobillərdə aparılır. Və bu da tam qanunauyğundur. Çünki, yol patrul xidməti haqqında təlimatda göstərilir ki, yollarda nəqliyyat vasitələrinin təhlükəsizliyinə nəzarət üç formada aparılır".

AzNews.az
Bağla X